Satılır 2 otaqlı köhnə tikili 56 m², Nizami m.
Zabitlər parkının arxasında, Maliyyə Nazirliyinin arxa çıxışı tərəfdə, yaşayış üçün əlverişli ərazidə tam 2 otaqlı mənzil satışa çıxarılır. Mənzil Tibb univerisitetinə 28 May Gənclik metrostansiyalarina yaxın yerləşir.
Ümumi sahəsi 56 kvadratmetr olan mənzil 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Mənzilin üstündə çardaq mövcuddur. Otaqlar düzəlmə deyil, mənzil tam iki otaqdan ibarətdir.
Mənzil təmirlidir və əşyalı şəkildə satılır. Mövcud əşyaların təxminən 90 faizi mənzildə qalacaq. Bu da yeni sahibinə əlavə əşya xərclərini azaltmaq və köçüb yaşamaq üçün rahatlıq yaradır.
İstilik sistemi kombidir. Qaz, su və işıq təchizatı daimidir. Parkın yaxınlığında yerləşməsi gündəlik gəzinti və istirahət üçün əlverişlidir.
Ətraflı məlumat almaq, mənzildə qalacaq əşyaları dəqiqləşdirmək və baxış təyin etmək üçün əlaqə saxlaya bilərsiniz.